Modern.az

Tramp Putinlə görüşdən razı qaldı

Tramp Putinlə görüşdən razı qaldı

16 İyul 2018, 18:10

Helsinkidə ABŞ prezident Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin bağlı qapılar arasında keçirilən görüş iki saat davam edib.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Tramp bu görüşü çox yaxşı başlanğıc adlandırıb.

Iki saat davam edən görüşün ardından jurnalistlərdən biri görüşü necə qiymətləndirirsiniz sualını qışqıraraq verib.

 

ABŞ prezidenti bu görüşün çox yaxşı bir başlanğıc olduğunu bildirib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin ilə təklikdə görüş üçün təkid edib.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü