Modern.az

Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda birgə açılış etdilər

Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda birgə açılış etdilər

Aktual

18 İyul 2018, 15:02

İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış etdilər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış ediblər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verilib.

Dövlət başçıları müəssisənin məhsullarına baxıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…