Modern.az

ABŞ hərbi gəmisini dənizin dibinə göndərdi - VİDEO

ABŞ hərbi gəmisini dənizin dibinə göndərdi - VİDEO

Dünya

19 İyul 2018, 12:43

ABŞ-ın desant gəmisi “USS Racine” raketlər və torpedanın köməkliyi ilə dənizin dibinə göndərilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, istismar müddəti bitmiş gəmi ABŞ hərbçilərinin Havay adaları yaxınlığında keçirdikləri təlimlərdə hədəf rolunu oynayıb.

 

Təlimlərin ssenarisinə görə gəmi Yaponiyanın kəşfiyyat təyyarəsi vasitəsi ilə müəyyən edilib. Daha sonra ona Yaponiyanın Destroyer gəmiləri və ABŞ sahil raket sistemləri vasitəsi ilə 15 raket buraxılıb.

Bundan sonra gəminin bortunda böyük dəlik əmələ gəlib və içərisində yanğın başlayıb.

 

Lakin bütün bunlara baxmayaraq USS Racine hələ də suyun üzərində qalıb. Və bu zaman hədəfə ABŞ Dəniz Qüvvələrinin Los Angeles sinfinə aid atom sualtı gəmisi yaxınlaşıb.

Gəmi hədəfə uzaqdan idarə olunan “Mk 48” torpedası ilə atış açıb. Yalnız bundan sora yəni, torpedonun hədəfə dəyməsindən sonra gəmi iki yerə bölünüb.

 

Sonda bir saat içərisində gəmi dənizin dibinə batıb.

Modern.az bu görüntüləri sizlərə təqdim edir.

 

 

Əvəz ZEYNALOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü