Modern.az

Lənkəranda avtomobil körpüdən aşıb

Lənkəranda avtomobil körpüdən aşıb

21 İyul 2018, 21:19

Lənkəran rayonunda avtomobil körpüdən aşıb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, Samir Habil oğlu Məmmədzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını "Lənkəran" çayı üzərindəki körpüdən aşırıb. Hadisə nəticəsində sürcü ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi