Modern.az

Rusiya və Çindən Qərbə əzələ nümayişi: Müharibəyə hazırlıq - FOTOLAR

Rusiya və Çindən Qərbə əzələ nümayişi: Müharibəyə hazırlıq - FOTOLAR

Dünya

13 Sentyabr 2018, 11:36

Sentyabrın 11-dən etibarən Rusiya “Şərq-2018” adlı genişmiqyaslı hərbi təlimlərə start verib. Təlimlərə 300 mindən çox hərbçi, 36 minə yaxın hərbi texnika cəlb olunub.

 

Gözlənilir ki, Çin və Monqolustan da təlimlərdə iştirak etmək üçün öz kontingentini göndərəcək. Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov bəyan edib ki, hərbi manevrlərə ən müasir silahlar, tanklar, döyüş təyyarələri və gəmilər cəlb ediləcək.

 

Modern.az saytının məlumatına görə, nüfuzlu “Business İnsider” nəşri təlimlərdə iştirak edəcək döyüş təyyarələrinə, yerüstü texnikalara, və dəniz qüvvələrinə diqqət çəkib.

 

Onlardan birincisi Su-35 döyüş təyyarələridir. Bu qırıcılar iki mühərriklə təchiz olunub. Bu təyyarə Rusiya-Çin  əməkdaşlığının simvoludur. Çinin arsenalında 14 Su-35 təyyarəsi var. Qalan təyyarələrin çatdırılması isə növbəti ilin sonuna kimi reallaşa bilər.

 

Su-35 passiv radiolokasiya radarı ilə təchiz edilib. Bu texnika  400 kilometr radiusda hədəfləri aşkar etmək qabiliyyətinə malikdir. O, eyni zamanda 30 hava obyektini eyni anda izləyə də bilir.

 

Su-34 isə hər hava şəraitində manevr edə bilən səsdən sürətli bombardmançı təyyarədir. Su-27B əsasında hazırlanmış bu təyyarə iki mühərriklə təchiz edilib.

O, yerüstü və dəniz hədəflərinə taktik zərbələrin endirilməsi üçün nəzərdə tutulub. Bu təyyarə kəşfiyyat imkanlarının sayəsində hədəfləri həm gündüz, həm də gecə vurmaq qabiliyyətinə malikdir.

 

Rusiyanın T-90 tanklarında lazer sistemi var. T-90 “Refleks” 9M119 raketləri ilə təchiz edilib.

Atəşi 11.7 saniyə ərzində maksimal hədəflərə çatır. T-90-ların təyinatı tankları məhv etmək və hava hədəflərini zərərsizləşdirməyə hesablanıb. Amma o hava hədəfləri ki, çox yüksəkdən uçmurlar.

 

Həmçinin “Amdiral Qorşkov” sinfinin raket freqatlarına da diqqət çəkmək lazımdır.

Bu, ən yeni Rusiya freqatlarıdır, silahlanmaya bu ilin iyulunda daxil edilib.

 

Onlar “Kalibr” qanadlı raketləri ilə təchiz olunub, 1500-2500 kilometr uzaqlıqdakı hədəfləri vurmaq potensialına malikdir.

 

Çinin “Tip-99” tankı da təlimlərdə iştirak edəcək. Çin bu tankları ilə dəfə 1999-cu ildə nümayiş etdirib. Bu tanklarda “Refleks” 9M119 raketləri ilə və lazerlə təchiz olunub.

Lakin Rusiya analoqundan fərqli olaraq bu tank Amerikanın M1A1 dizaynının və Almaniyanın “Leopard-2” hərbi texnikasını təkrarlayır.

 

Qeyd edək ki, təlimlər sentyabrın 15-nə qədər davam edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?