Modern.az

Regional mədəniyyət idarələrinin obyektlərində təmir işləri görüləcək

Regional mədəniyyət idarələrinin obyektlərində təmir işləri görüləcək

Aktual

18 Sentyabr 2018, 19:24

Mədəniyyət Nazirliyinin 6 regional idarəsinə aid obyektlərdə təmir işləri görüləcək.

Modern.az-ın məlumatına görə, işlər Şəmkir, Sabirabad, Bərdə, Kürdəmir rayon, həmçinin Sumqayıt və Gəncə şəhər Regional Mədəniyyət idarələrinə aid obyektlərdə aparılacaq. 

Bir müddət əvvəl Mədəniyyət Nazirliyi tərəfindən təmir işləri ilə əlaqədar tenderlər elan edilmişdi. Ötən həftə infrastruktur işlərini həyata keçirən yerli inşaat firmalarından biri tenderlərin qalib olub.

Qeyd edək ki, həmin obyektlərdə təmir işləri yarım milyon manata yaxın vəsait tələb edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır