Modern.az

Fədayə Laçın məhkəmədə mahnı oxudu

Fədayə Laçın məhkəmədə mahnı oxudu

Aktual

24 Sentyabr 2018, 11:41
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.
 
Modern.az "Qafqazinfo"ya istinafən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə dustaqlar məhkəmə zalına verildikdən sonra F.Laçın mahnı oxuyub.
 
Müğənni şüşə qəfəsdə "Kimlər gəldi, kimlər getdi, bu dünyadan” mahnısını səsləndirib. Daha sonra hakimlər kollegiyası zala daxil olub və F.Laçın ifasını yarımçıq salxayıb.
 
Proses davam edir.
Twitter
Sizə yeni tvit var
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar