Modern.az

Ərdoğan: “Rusiya qazı olmasa, insanlarımız soyuqdan ölər”

Ərdoğan: “Rusiya qazı olmasa, insanlarımız soyuqdan ölər”

Dünya

28 Sentyabr 2018, 14:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT BA-nın 73-ce Qurultayı çərçivəsində ABŞ prezidenti Donald Trampın hazırlatdığı yeməkdə nə üçün iştirak etmədiyini açıqlayıb.

 

Modern.az "A Haber" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Trampın “hamınız Rusiyanı bəsləyirsiniz” ifadəsinə acıqlandığını bildirib.

 

Türkiyə prezidenti ölkəsinin mavi qaz tələbatının 50 faizini Rusiyadan aldığını qeyd edib.

“Brüsseldəki NATO zirvəsində cənab Tramp iştirakçılara “siz hamınız Rusiyanı bəsləyirsiniz” deyərək çox pis yükləndi. “Almaniya olaraq bu qədər pul verirsiniz” dedi. Bizdən danışmadı. Bizə nəzakət göstərdi. Mən yenə də dayana bilmədim. “Cənab prezident biz təbii qazımızın 50 faizini Rusiyadan alırıq. Əgər bunu etməsək insanlarımız soyuqdan öləcək” söylədim” – Ərdoğan izah edib.

 

Onun sözlərinə görə bunun ardınca Almaniya Kansleri də Ərdoğanın addımını davam etdirib.

 Merkel “təbii qazın 38 faizini Rusiyadan alırıq və xalqımı üşüdə bimərəm” söyləyib və o da oranı tərk edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı