Modern.az

“Google” senzuralı axtarışa görə “topa tutuldu”

“Google” senzuralı axtarışa görə “topa tutuldu”

Aktual

29 Sentyabr 2018, 11:26

“Google” şirkətinin Çində senzuralı axtarış sistemi yaratmaq planları tənqidlərə tuş gəlib.

 

Modern.az Xarici KİV-ə istinadən xəbər verir ki, ondan çox hüquq müdafiə təşkilatları şirkətin Çinlə bağlı planlarını tənqid atəşinə tutublar.

 

Şirkət Çində senzuralı “Dragonfly” axtarış sistemini işə salmağı planlaşdırır.

 

“Amnesty International”, “Human Rights Watch” və Jurnalistləri Müdafiə Komitəsi axtarış sistemləri artıq öz narazıçılıqlarını şirkətə çatdırıblar.

 

Tək “Amnesty International” təşkilatının saytında yayımlanan və şirkətin baş direktoru Sundar Piçaiyə ünvanlanmış məktubda 13 təşkilat onu bu əməlindən çəkindirməyə çağırıb.

Bu təşkilatları narahat edən axtarış sistemlərinin ictimai fikri yönləndirmək istiqamətində senzuraya məruz qoyulmasıdır.

 

Onlar həmçinin Piçainin Çindəki axtarış sistemlərinə senzura tətbiq etməsi məsələsinə heç bir şərh verməməsi məsələsindən də narahatdırlar.

 

Qeyd edək ki, “Google” şirkətinin baş direktoru  Sundar Piçai axtarış sistemində prezident Donald Trampla bağlı nəticələrlə əlaqədar ABŞ-ın Respublikaçılar partiyasına hesabata çağırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar