Modern.az

Məşhur alim Qara Mustafayev vəfat etdi

Məşhur alim Qara Mustafayev vəfat etdi

Allah rəhmət eləsi̇n

8 Oktyabr 2018, 11:17

Azərbaycanın məşhur alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin (BDU) "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri Qara Mustafayev 86 yaşında vəfat edib.

 

Bu barədə Modern.az-a BDU-dan məlumat verilib.

 

Q.Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olub. 1954-cü ildə Bakı Dövlət Universitetini, 1958-ci ildə AMEA-nın aspiranturasını bitirib.

1959-cu ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

1960-cı ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

Azərbaycanda onurğalılar zoologiyasında ekoloji istiqamət açıb.

35 il fasiləsiz olaraq televiziya, radio və mətbuat vasitəsilə elmi yenilikləri təbliğ edib, yetirmələri ilə birlikdə İctimai Televiziyada “Azərbaycan təbiəti” proqramının aparıcısı olub.

Biologiya fakültəsində dekan müavini, fakültə Metodik Şurasının sədri və dekan vəzifələrində işləyib.

“Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdü alıb.

Allah rəhmət eləsin!

 

Aysel ASLAN 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır