Modern.az

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü

Aktual

23 Oktyabr 2018, 21:36

Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 250 km-də qeydə alınıb.

 

Bakı şəhəri istiqamətində hərəkətdə olan 1949-cu il təvəllüdlü Gədəbəy rayon sakini Elman Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq kənardakı nəzarət kamerası dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü və yanında olan 1956-cı il təvəllüdlü sərnişin Solmaz Məmmədova aldıqları bədən xəsarətlərindən ölüblər.

 

Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası da yarasız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü