Modern.az

Rusiya İŞİD və "Əl Qaidə"dən daha çox təhlükədir

Rusiya İŞİD və "Əl Qaidə"dən daha çox təhlükədir

Dünya

24 Noyabr 2018, 22:16

Britaniya silahlı qüvvələrinin baş qərargah rəisi Mark Karlton Smit (Mark Carleton-Smith) hesab edir ki, Rusiya, Britaniya və onun müttəfiqlərinə “İslam dövləti” qrupu və “Əl Qaidə” təşkilatından daha çox təhlükədir. Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya tərəfdən təhlükə həmişə qalmaqdadır.

 

General “The Telegraph” qəzetinə müsahibəsində bildirib ki, Moskva kiberməkan, kosmos və suyun altı da daxil olmaqla yeni mübarizə vasitələri hazırlamaqla Qərbdə sabitliyi pozmağa çalışır.

 

General, həmçinin, NATO-nu gücləndirməyə çağırıb və vahid Avropa ordusu yaratmaq ideyasını rədd edib.

 

Qeyd edək ki, Böyük Britaniya Suriya və İraqda “İslam dövləti” qrupuna qarşı mübarizə aparan beynəlxalq koalisiyaya daxildir.

 

Mark Karlton Smit qeyd edib ki, radikal islamçı qruplar məğlub edildiyindən və bütün əraziləri itirdiklərindən son vaxtlar bu cür qruplar tərəfinfən təhlükə xeyli azalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək