Modern.az

Həbsdə olan erməni general Fransaya getmək istəyir

Həbsdə olan erməni general Fransaya getmək istəyir

Dünya

21 Yanvar 2019, 14:21

Həbsdə olan erməni general Manvel Qriqoryannın azadlığa çıxması üçün vəkillərinin qaldırdığı iddiaya sabah baxılacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qriqoryanın vəkili Levon Baqdasaryan müdafiə etdiyi şəxsin Avropa Məhkəməsinə müraciət etməyəcəyini də xatırladıb. O bunu generalın ölkəsini məhkəməyə verməmək istəyi ilə əlaqələndirib.

 

Bundan başqa, Qriqoryanın sağlamlıq durumu ilə bağlı Fransada müalicə almağa ehtiyac duyduğu da vurğulanıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi