Modern.az

Yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü

Yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü

10 Aprel 2019, 21:03

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda olub.

 

Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Əsədullayev Xəqani Vidadi oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yolu keçən piyada qadını vurub.

 

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir