Modern.az

Bulvarda intihara cəhd edən şəxs xilas edildi

Bulvarda intihara cəhd edən şəxs xilas edildi

Aktual

14 Aprel 2019, 20:09

Bakıda dənizdə batan şəxs xilas edilib.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir