Modern.az

Zelenskinin evinin yaxınlığında silahlılar zərərsizləşdirildi

Zelenskinin evinin yaxınlığında silahlılar zərərsizləşdirildi

15 Aprel 2019, 23:45

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenskinin yaşadığı evin yaxınlığında silahlı şəxslər zərərsizləşdirilib.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, güc strukturlarının həyata keçirdiyi əməliyyat nəticəsində bir neçə nəfər zərərsizləşdirilib.

 

Ukrayna polisi zərərsizləşdirilən şəxslərin bir neçə cinayəti planlaşdırdıqlarını açıqlayıb. Polis Zelenskiyə qarşı terror hazırlandığı barədə suala şərh verməyib.

 

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Vladimir Zelenski və Petro Poroşenko Ukrayna prezidentliyi uğrunda mübarizə aparacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi