Milli Məclisin 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən seçilən deputatı Fəzail İbrahimli seçicilərlə görüşlər keçirib.
Modern.az xəbər verir ki, deputat mayın 14-ü Cəlilabad rayonunun Göytəpə şəhərində və Ağdaş kəndində də görüş keçirib. Daha sonra mayın 15-i Masallı rayon Təzə Alvadı və Köhnə Alvadı kəndində sakinlər qəbul olunub.
Görüşlər mayın 22-də Biləsuvar rayonunun Əliabad və Xırmandal kəndlərində davam edib. Əliabadda keçirilən görüş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atasının həyətində baş tutub. Mayın 23-ü isə Cəlilabad rayonunun Həziabad kəndində görüş keçirilib.