Modern.az

Azərbaycanda son 15 ildə tikilən məktəblərin SAYI

Azərbaycanda son 15 ildə tikilən məktəblərin SAYI

30 May 2019, 16:36

"Bu il Azərbaycanda daha 36 məktəb istifadəyə veriləcək. Bununla yanaşı cari il ərzində ölkədə 50 modul tipli məktəbin də istifadəyə verilməsi nəzərdə tutulub" .

 

Modern.az xəbər verir ki, bu barədə bu gün media nümayəndələri üçün təlimdə Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat idarəsinin şöbə müdiri Xəlil Qasımov bildirib.

 

O deyib ki, son 15 ildə Azərbaycanda 3200 məktəb tikilərək istifadəyə verilib. Bu məktəblərdən 941 Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilib. Bununla yanaşı bu vaxta qədər 44 rayonda 243 modul tipli məktəb şagirdlərin ixtiyarına verilib. Həmçinin bu müddət ərzində 535 məktəb yenidən tikilərək istifadəyə verilib.

 

X.Qasımov həmçinin bildirib ki, bu il 55 məktəbin təmiri, 8 peşə məktəbinin tikintisi nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü