Modern.az

“Səbail” ev oyununda məğlub oldu

“Səbail” ev oyununda məğlub oldu

Aktual

11 İyul 2019, 21:54

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyununa çıxan “Səbail”  evdə məğlub olub.

Modern.az  xəbər verir ki, Topaz Premyer Liqasının bürünc mükafatçısı “Səbail”  Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gəlib. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi ilə bacarmayıb.

Oyun qonaqların üstünlüyü ilə start götürüb. Bu səbəbdən ilk qol da Krayova təmsilçisindən gəlib. Matçın 13-cü dəqiqəsində Aleksandru Mateyu stadiona toplaşan azarkeşləri məyus edib. Ardınca Ağabala Ramazanov komandamızı ümidləndirib - 1:1.

Lakin ikinci hissə "Səbail" üçün uğursuz alınıb. Paytaxt klubu Nikuşor Banku və Mixay Romanın qollarına mane ola bilməyib - 1:3. Görüşdə son nöqtəni isə Ağabala Ramazanov qoyub. O, özünün və komandamızın ikinci qolunu vursa da, meydanı “Universitatya Krayova” qələbə ilə tərk edib - 3:2.

Bununla da, "Səbail" işini çətinə salıb. Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?