Modern.az

Tərtərdə meyvə bağında bol məhsul

Tərtərdə meyvə bağında bol məhsul

12 İyul 2019, 22:38

"Bağçılıq Tərtər rayonunun Xoruzlu kəndində 130 hektar ərazini əhatə edir. Bağda 30-40 nəfər bağban fəaliyyət göstərir. 2 ildir bağ fəaliyyətdədir. Aqropart bağında armud, alma, badam, şaftalı, ərik,gilas, alça nar,xurmanın bir çox növləri yetişdirilir".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə "Aqropart" bağının direktoru Elçin Maqsudov bildirib.

Elçin Maqsudov  bildirib ki,  bağdan yığılan meyvələr Azərbaycanda satılır: "Satış qiyməti o qədər də yüksək deyil. Göyçə alçasının kiloqramı 2,50, armud 1,50 qəpikdir. Bağda 8-ə yaxın meyvə növü yetişdirilir. Meyvə tinglərini Türkiyə və İspaniyadan alınıb. Ağacları suvarmaq üçün Tərtər çayının suyundan istifadə olunur. Amma hazırda su qıtlığı var. Yayda demək olar ki, ərazidə su tapılmır. Gələcəkdə məhsulun  Rusiyaya idxalı nəzərdə tutulur".

 

Jalə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir