“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb. Bununla əlaqədar yanvarın 31-də gün ərzində Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib. Məlumat Modern.az-a Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.
Modern.az