Modern.az

4 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb

4 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb

Təhsil

2 Oktyabr 2019, 10:20

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 4 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində təqaüdə layiq görülənlər “Al-Farabi Kazakh National University”, “Karaganda State University named after Buketov” və “Kazakh National Research Technical University named after K.I.Satpayev” ali təhsil müəssisələrində iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik və yüksək texnologiyalar, eləcə də humanitar və sosial elmlər ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 18 mart tarixində verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?