Modern.az

“Qanunda oğru”lar Ermənistanda “sxodka” keçirəcək

“Qanunda oğru”lar Ermənistanda “sxodka” keçirəcək

Dünya

19 Noyabr 2019, 11:30

Ermənistan hökumətinin "qanunda oğru” titulu daşıyanların cinayət məsuliyyətinə cəlb olunmasına dair qanun qəbul etməsi kriminal aləmdə ciddi narahatlıq doğurub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, postosovet məkanını onlarla “qanuda oğru”su yaranmış vəziyyəti müzakirə etmək üçün Ermənistanın Çaxkadzor şəhərində “sxodka” keçirəcək. Görüşün keçirilməsi üçün şəhərin ən bahalı mehmanxanalarından biri ilə razılıq əldə olunub.

 

Rusiya və Gürcüstandan da gələcək “qanunda oğru”lar yeni qanunun qəbul olunmasından sonra Ermənistanda kriminalitetin ayaqda qalması üçün tədbirlər mexanizmini müzakirə edəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü