Modern.az

Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR

Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR

21 Noyabr 2019, 17:37

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlər irəli sürülüb.

Modern.az-ın məlumatına görə, sabah - noyabrın 22-də parlamentin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

İclasda Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.

Milli Məclisdən verilən məlumata görə, namizədlər Prezident İlham Əliyev tərəfindən  irəli sürülüb.

Bunlar 3 nəfərdi: Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva.  

Məsələ İnsan hüquqları komitəsində müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına çıxarılacaq.  

 
Xatırladaq ki, hazırkı Ombudsman Elmira Süleymanovadır. 82 yaşlı Elmira Süleymanovanın Ombudsmanlıq müddəti 1 il öncə başa çatıb..

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir