Modern.az

Almaniyada Azərbaycan klubunun təqdimatı keçiriləcək

Almaniyada Azərbaycan klubunun təqdimatı keçiriləcək

18 Dekabr 2019, 14:18

2020-ci il fevralın 15-də “AZE Nakhchivan-Köln SK” Futbol Klubunun təqdimat mərasimi keçiriləcək.

 

Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata təqdimat mərasimi klubun bazasında baş tutacaq. Almaniyanın Köln şəhərində baş tutacaq təqdimat mərasiminə Almaniyadan, Türkiyədən və müxtəlif ölkələrdən idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda alman mediası dəvət olunacaq.

 

Bundan başqa Azərbaycandan da idman ictimaiyyətinin tanınmış simaları, eyni zamanda futbola maraq göstərən müxtəlif ictimai-siyasi xadimlər, incəsənət asdamları və media nümayəndələri dəvətlilər sırasında olacaq.

 

Tədbirdə eyni zamanda klubun planları haqqında məlumat verilcək. Həmçinin klubun forması və saytı təqdim olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək