Modern.az

Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ“Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm”

Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm”

Ölkə

23 Yanvar 2020, 17:24

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deputatlığa namizədlərə çağırış edib.

 

Modern.az xəbər verir ki, MSK sədri deputatlığa namizədliyi qeydə alınmış şəxslərin sosial şəbəkələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun davranmalı olduğunu vurğulayıb:

 

“Dəfələrlə namizədlərə bu barədə müraciətlər etmişik. Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir