100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Kamran Bayramovun seçicilərlə möhtəşəm görüşləri davam etdiririlir.
Modern.az xəbər verir ki, deputatlığa namizəd bu gün seçkiqabağı təşviqatını Daşkəsən rayonunda davam etdirib, Quşçu qəsəbəsində olub. Seçicilərlə görüşüb, seçki platformasını onların diqqətinə çatdırıb, kəndi gəzib. Həmçinin Kamran Bayramov qapı-qapı ziyarətləri də davam etdirib.
Deputatlığa namizəd Kamran Bayramov təşviqat çərçivəsində növbəti görüşünü Daşkəsənin ən ucqar yaşayış məntəqələrindən biri olan səfalı Çovdar kəndində keçirib. Kənddə cəmi 57 seçicinin olmasına baxmayaraq, kəndə gəlib, insanları dinləyib, təşviqatını aparıb. Daha sonra Kamran Bayramov seçkilərdə hər bir səsin əhəmiyyətli və həlledici olduğunu xüsusi vurğulayıb.