Modern.az

Musa Qasımlı seçicilərlə bir arada - Fotolar

Musa Qasımlı seçicilərlə bir arada - Fotolar

Aktual

28 Yanvar 2020, 16:54

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd   təbliğat- təşviqat kampaniyasını  bu gün Yardımlı rayonunun  Avaş və Arvana kəndlərində seçicilərlə keçirib.

 

Toplantıda kənd ziyalıları, Vətən uğrunda həlak olan şəhidlərin yaxınları, ağsaqqallar və gənclər iştirak ediblər. Musa Qasımlı seçicilərlə səmimi söhbət edib.

 

Çıxış edənlər Musa Qasımlının ötən müddətdə məktəb binasının və tibb məntəqəsinin açılışındakı iştirakını xatırladıblar. Həlli vacib olan məsələləri söyləyiblər.

 

Həmçinin kənd camaatı seçki günü məntəqələrə gedib Musa Qasımlıya  səs verəcəklərini vurğulayıblar.

 

Sonda Musa Qasımlı Avaş və Arvana kənd sakinlərinə minnətdarlığını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?