Modern.az

Nazirlər 7 saat Qarabağı müzakirə edib: Görüş sabah davam edəcək

Nazirlər 7 saat Qarabağı müzakirə edib: Görüş sabah davam edəcək

Qarabağ

29 Yanvar 2020, 22:11

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu gün Cenevrədə keçirilən görüşü 7 saat davam edib.


Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə,  ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.


Sabah danışıqların növbəti raundu keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir