Modern.az

Çilinin Argentinadakı konsulu koronavirusdan vəfat etdi

Çilinin Argentinadakı konsulu koronavirusdan vəfat etdi

Aktual

2 Aprel 2020, 09:21

Argentinada son bir gündə üç nəfər koronavirusdan ölüb.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Todo Noticias” məlumat verib.

 

Ölənlərdən biri Çilinin Argentinanın Rosario şəhərindəki konsulu Fernando Labradır.

 

Çilinin xarici işlər naziri Teodoro Ribera konsulun öldüyünü təsdiqləyib.

 

Qeyd olunub ki, konsul martın 17-də Argentinaya qayıdıb və üç gün sonra onda virusun ilk simptomları müşahidə olunub. Lakin, diplomat tibbi yardım üçün yalnız 25 martda xəstəxanaya müraciət edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir