İranda daha 1 683 şəxsdə koronavirus aşkar edilib.
Modern.az xəbər verir ki, bununla da ölkədə COVİD-19-a yoluxanların sayı 109 286 nəfərə çatıb.
Ötən sutka ərzində İranda daha 45 nəfər virusdan ölüb ki, beləlikə ölkədə pandemiya qurbanlarının sayı 6 685-ə yüksəlib.
Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxan xəstələrdən 87 422-si sağalıb.
T.İSMAYIL