Modern.az

Hamilə qadınlar arasında koronavirusa yoluxanlar var

Hamilə qadınlar arasında koronavirusa yoluxanlar var

22 May 2020, 18:16

"Hamilə qadınlar arasında koronavirusa yoluxanlar var".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O, qeyd edib ki, yoluxanlar arasında süni mayalanma ilə hamilə qalanlar da var:

"Heç bir hamilədə ağırlaşma olmayıb".


R.Bayramlının sözlərinə görə, gündəlik açıqlanan yoluxma sayında Naxçıvanla bağlı da rəqəmlər var.
İndiyədək Naxçıvanda yoluxanlar 104 təşkil edib: "Hazırda müalicə alanlar 4 nəfərdir".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi