Modern.az

Kambocada ödənişli VIP həbsxanalar tikiləcək  

Kambocada ödənişli VIP həbsxanalar tikiləcək  

Dünya

21 İyun 2020, 10:44

Kambocanın hökumət orqanları yaxşılaşdırılmış saxlanma şəraiti olan həbsxana tikəcək. Məhbuslar bu həbsxana üçün pul ödəməlidirlər.

 

Modern.az "SKY"-a  istinadla xəbər verir ki, ödənişli həbsxanaya ilk mərhələdə 400 nəfər yerləşdiriləcək. İmkanlı məhbusların ödəməli olduğu məbləği isə tikinti kompaniyası təyin edəcək.

 

Həbsxanaların idarə olunması üzrə yerli departamentin nümayəndəsinin sözlərinə görə, yeni təcridxanalar daha geniş kameralarla, həmçinin idman və ibadət otaqları ilə təchiz ediləcək. Dörd milyon dollara başa gələcək həbsxananın tikintisi ilə Çinin “Kunn Rekon Holdings” kompaniyası məşğul olur. Bu həbsxana 1,2 min məhbus üçün nəzərdə tutulur.

 

Müqaviləyə əsasən ilk bloku 2021-ci ilin ortalarında istifadəyə veriləcək həbsxananın gəlirini 45 il ərzində yerli hökumət və tikinti kompaniyası öz aralarında böləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək