Modern.az

Ağ Evdən İTTİHAM: “Çin virusu yaymaq üçün vətəndaşlarını xaricə göndərib”

Ağ Evdən İTTİHAM: “Çin virusu yaymaq üçün vətəndaşlarını xaricə göndərib”

Dünya

22 İyun 2020, 09:29

Ağ Evin rəsmi nümayəndəsi, ABŞ prezidentinin ticarət məsələləri üzrə köməkçisi Piter Navarro CNN telekanalına müsahibə verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ağ Evin pandemiyanın ikinci dalğasına hazırlaşdığını deyib.


“Əlbəttə, biz koronavirusun ikinci dalğasına hazırlaşırıq. Bunun mütləq baş verəcəyini demirəm, amma hazırlıq işləri görülür”-deyə Navarro söyləyib.

 

Piter Navarro pandemiyanın arxasında Çin hökumətinin olması fikrini də bir daha təkrarlayıb.


“Çin bu virusu yaradıb. Və yüzminlərlə Çin vətəndaşını xaricə göndərərək, dünyada yayıb”.

 

Navarro Çinin virusu qəsdən yayıb-yaymamasının sual altında olduğunu da dilə gətirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü