Modern.az

Ermənistan parlamenti Paşinyanın ən böyük arzusunu yerinə yetirdi

Ermənistan parlamenti Paşinyanın ən böyük arzusunu yerinə yetirdi

Dünya

22 İyun 2020, 16:27

Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin hakimləri ilə bağlı ali qanuna nəzərdə tutulan düzəlişi qəbul edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin 89 deputatının lehinə səs verdiyi qanunla Konstitusiya məhkəməsində 12 ildən çox hakimlik edən şəxslərin səlahiyyətinə xitam verilir.

Qalan hakimlər isə 12 illik fəaliyyət dövrü bitənə qədər hakim vəzifəsində qalacaqlar. Bundan başqa, Konstitusiya Məhkəməsinin səlahiyyət müddəti də azaldılır.

 

Xatırladaq ki, baş nazir Nikol Paşinyan 2018-ci ildən bəti Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın istefasına çalışırdı. Bunun üçün o, aprelin 12-nə referendum təyin etsə də, koronavirus pandemiyasına görə, planlarından imtina etmişdi.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək