Modern.az

Türkiyədə sel qurbanlarının sayı 5-ə çatdı

Türkiyədə sel qurbanlarının sayı 5-ə çatdı

Dünya

23 Avqust 2020, 17:47

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində qurbanların sayı 5 nəfərə çatıb.

 

Modern.az-ın xəbərinə görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

 

Nazir deyib ki, itkin düşən 11 nəfərin axtarışı davam edir. Selin törətdiyi fəsadlar səbəbindən bağlanmış 118 kənd yolundan 20-i də artıq açılıb.

 

S.Soylu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təlimatı ilə bölgədə xilasetmə işlərinin davam etdirildiyini nəzərə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir