Modern.az

Türk dünyasının gəncləri “Qarabağ”da - FOTOLAR

Türk dünyasının gəncləri “Qarabağ”da - FOTOLAR

14 İyun 2012, 12:36

Gökülp Yamen: “O üçrəngli bayrağı Qarabağda ucaltdıq”

Şimali kiprli gənc rejissor Gökalp Yamenin “Qarabağ” filmində türk dünyasının müxtəlif bölgələrindən – Türkiyə, Azərbaycan, Şimali Kipr, Kərkük, Türkmənistan və Krımdan olan gənclər çəkilib. Bu yaxınlarda film ilk dəfə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada Yakın Doğu Universitetində ictimaiyyətə təqdim edildi.

On səkkiz dəqiqəlik “Qarabağ” filminin məzmunu barədə filmin rejissoru Gökalp Yamen Modern.az saytına müsahibə verdi.

– “Qarabağ” filminin ssenarisi kimindir?

– Film Qarabağda müharibədə Azərbaycan türklərinin yaşadığı acıları əks etdirib. Filmin rejissoru özüməm. Ssenarini Günel Babayeva, Niyazi Səlimbəyli və Maral Hüseynli ilə birgə yazmışıq. “Qarabağ”ın prodüseri Günel Babayevadır. Ümumiyyətlə, bu film Azərbaycan və digər ölkələrdən olan türk tələbələrinin əməyi və həmrəyliyi sayəsində meydana gəldi.

– Aktyorlar kimdir?

– Filmdə aktyor heyəti Azərbaycan və Türkiyə ilə yanaşı, Krım, Türkmənistan, İraq (Kərkük), Liviya və Şimali Kipr tələbələrindən təşkil edilib. Baş rolları Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk oynayırlar.

– Filmin məzmunu hansı hadisələr üzərində qurulub?

– 1990-cı illərdə Qarabağda müharibədə yaşanan həyat dramından 2010-cu ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova keçid etmişik. Ən sonda digər filmlərdən fərqli olaraq, Qarabağa Azərbaycan bayrağını ucaltdıq.

– Bəs filmə maliyyələşdirən kim oldu?

– Yardım olsa da, olmasa da bu filmi çəkməyi beynimə qoymuşdum. O müqəddəs üçrəngli Azərbaycan bayrağını filmdə Qarabağda ucaldacaqdım və bu şükürlər olsun ki, oldu. Buna görə sevinirəm. Azərbaycanlı tələbələrin və eləcə də digərlərinin böyük əməyi oldu. Azərbaycanlı tələbələr olmasa, seti qura bilməzdik. əməyi keçən hər kəsə təşəkkür edirəm.



Əfsanə Bayramqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi