Modern.az

Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı

Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı

Aktual

26 Sentyabr 2020, 11:00

Çin gömrük orqanları Rusiyadan gətirilən məhsulların nümunələrində və qablaşdırmalarında koronavirus aşkar ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Çin səlahiyyətliləri virus testlərinin pozitiv nəticələnməsi ilə əlaqədar Rusiyanın iki gəmisinin idxal bəyannamələrinin qəbulunu dörd həftəlik dayandırıb.

 

Gəmilərin Çinə balıq və dəniz məhsullarını çatdırılmalı olduğu qeyd edilib.

 

Qeyd edək ki, daha əvvəl Çinin Çançun şəhərində Rusiyadan gətirilən dondurulmuş dəniz məhsulları paketində koronavirusun aşkarlandığı bildirilmişdi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar