Modern.az

Türkiyə parlamentinin sədri Azərbaycana gəlir

Türkiyə parlamentinin sədri Azərbaycana gəlir

Parlament

15 Oktyabr 2020, 18:28

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

 

Türkiyə parlamenti nümayəndə heyəti 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə təsadüf edəcək və iki gün davam edəcək səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.

 

M.Şentop eyni zamanda oktyabrın 20-də Milli Məclisdə çıxış edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir