Modern.az

Türkiyə Müdafiə Nazirliyindən təsirli paylaşım: Biz susmayacağıq!

Türkiyə Müdafiə Nazirliyindən təsirli paylaşım: Biz susmayacağıq!

Aktual

17 Oktyabr 2020, 22:37

"Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız bəşəriyyət... Bu balaca körpə gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilib".


Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında yazılıb:


"Dilimiz, dinimiz, ölkələrimiz fərqli ola bilər, ancaq bu şəkil hamımızın ürəyini dağlamağa yetərdir".


Nazirliyin səhifəsində daha bir paylaşımda isə Xocalı soyqırımı və Gəncədə baş verən terror aktı zamanı qətlə yetirilən körpələrin şəkilləri dərc olunaraq qeyd olunub:


"Bəlkə, bu şəkli ilk dəfə görə bilərsiniz, amma Azərbaycan xalqı 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir. Bu mənzərəni görüb susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?