Modern.az

Gürcüstanda parlament seçkilərinin nəticəsi açıqlandı

Gürcüstanda parlament seçkilərinin nəticəsi açıqlandı

3 Dekabr 2020, 20:23

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də ölkədə keçirilmiş parlament seçkiləri ilə bağlı yekun nəticələri elan edib.

 

Modern.az xəbər verir ki, MSK-nın son qərarına əsasən, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyası seçkilərdə 48,22 faiz səs toplayıb.

 

Bununla da hakim partiya X çağırış Gürcüstan parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 deputat mandatı əldə edib.

 

Bu seçkilərdə mübarizə aparan 8 siyasi müxalifət partiyası isə ümumilikdə parlamentdə 60 yer qazanıb.

Onların da sırasında ən çox yeri Vahid Milli Hərəkat-Güc Birlikdədir bloku qazanıb - 36 mandat.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi