Modern.az

Şahbaz Quliyevin bacısı: “Qardaşım Yeni ilə qədər evə buraxılmalıdır”

Şahbaz Quliyevin bacısı: “Qardaşım Yeni ilə qədər evə buraxılmalıdır”

Aktual

29 Dekabr 2020, 11:39

"Mənə bildirdilər ki, Yeni ilə qədər qardaşım evə buraxılacaq. Yəni yeni ildə evdə olmalıdır".

Bunu Modern.az-a açıqlamasında erməni girovluğundan azad olunmuş Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.

İ.Quliyeva qardaşı ilə bir neçə dəfə telefon vasitəsilə danışdığını deyib:

"Özünün dediyinə görə, səhhəti yaxşıdır, şikayəti yoxdur".

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan üçtərəfli bəyanata əsasən, dekabrın 14-də bir qrup azərbaycanlı əsir və giroluqdan azad edilib. Onlardan biri də Şahbaz Quliyevdir.

Onlar hazırda Bakıda karantin rejimində saxlanılırlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…