Modern.az

Müəllimlər də peyvənd olunacaq

Müəllimlər də peyvənd olunacaq

Təhsil

22 Yanvar 2021, 12:42

Müəllimlər də vaksinasiya prosesinə cəlb olunacaqlar. 

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil naziri Əmin Əmrullayev brifinqdə bildirib. Nazir deyib ki, vaksin vurdurmaq könüllü olacaq:

 

"50 yaşdan yuxarı müəllimlər peyvənd olunacaq. Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb. Bakı şəhəri üzrə 16698, bölgələr üzrə isə 32600-dən çox müəllimin peyvənd olunması gözlənilir. Qeyd etmək istərdim ki, peyvəndləmə könüllü şəkildə aparılacaq". 

E.Əmrullayev 50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyasının pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracağını düşünür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir