Modern.az

Amerikalı bir milyard dollar məbləğində cekpot uddu

Amerikalı bir milyard dollar məbləğində cekpot uddu

Dünya

28 Fevral 2021, 09:29

ABŞ-ın Miçiqan ştatında satılmış Mega Millions lotereya bileti bir milyard dollar həcmində cekpotu udub.

 

Modern.az Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu, oyunun tarixində ikinci ən böyük uduşdur. “Bir milyard nominalında cekpot biletin Miçiqandakı xoşbəxt sahibinə gedir. Bu, yanvarın 22-də bütün altı nömrənin (4, 26, 42, 50 və 60 nömrəli ağ şar, həmçinin 24 nömrəli qızıl “meqa-şar”) düşdüyü yeganə biletdir”, - lotereyanın saytında belə deyilir.

 

Oynanılan cekpot Mega Millions lotereyasının 2018-ci ildəki rekordunu qıra bilməyib. O vaxt Cənubi Karolinada satılmış bilet 1,5 milyard həcmində prizi udmuşdu. Həmin biletin sahibi olan qadın adının gizli saxlanmasını istəmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi