Modern.az

Əli Əsədov Erkan Özoralla görüşdü

Əli Əsədov Erkan Özoralla görüşdü

Aktual

14 Aprel 2021, 19:10

Baş nazir Əli Əsədov bu gün ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

 

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

 

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü