Modern.az

Dövlət komitəsi şadlıq evini yoxladı, ciddi nöqsanlar aşkarlandı

Dövlət komitəsi şadlıq evini yoxladı, ciddi nöqsanlar aşkarlandı

Təhsil

21 Sentyabr 2012, 17:49

Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsi “Arzu” şadlıq evində nöqsanlar aşkar edib. Standartlaşdırma Meterologiya və patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64/3 ünvanında fəaliyyət göstərən “Arzu-A” MMC-yə məxsus “Arzu” şadlıq evində aparılmış araşdırma zamanı müəyyən olunub ki, müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Kulinar məmulatlar peşəkar olmayan aşbazlar tərəfindən resepturalar və kalkulyasiya olmadan hazırlanır. Bundan başqa şadlıq evinin anbarında məhsulların saxlanma rejiminə riayət olunmur və anbar psixrometrlə təmin olunmur. “Arzu” şadlıq evindən seçilmiş məhsul nümunələrindən “mimoza” salatının Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi göstərib ki, məhsul “mezofil aerob” və “fakultativ-anaerob” mikroorqanizmlərin aşkar edilməsinə görə normativ sənəd ГОСТ 30390-95 standartının tələbinə uyğun deyil. Faktla bağlı inzibati qaydada protokol tərtib edilib və müəssisədə araşdırma davam etdirilir.  


Gültəkin Ələsgər  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü