Modern.az

Yasamalda avtomobil gənc qızı vurub öldürdü

Yasamalda avtomobil gənc qızı vurub öldürdü

Aktual

13 İyun 2021, 13:19

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

Mehri Qurban

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!