Modern.az

Paşinyan DANIŞDI - Partiyası təkbaşına hökumət quracaq

Paşinyan DANIŞDI - Partiyası təkbaşına hökumət quracaq

Dünya

21 İyun 2021, 10:16

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan parlament seçkilərindəki qələbəsinə toxunub.

 

Modern.az xəbər verir ki, Facebook vasitəsilə qələbəsini elan edən Paşinyan rəhbəri olduğu “Vətən Müqaviləsi” partiyasının yeni hökumət formalaşdıracağını deyib.

“Beləliklə, yeni seçilmiş parlamentdə “Vətəndaş müqaviləsi” partiyası konstitusion çoxluğa malik olacaq və yeni hökumət formalaşdıracaq”.

 

Xatırladaq ki, seçkilərdə “Vətəndaş müqaviləsi” partiyası 53,92% səs toplayıb. Bunun sayəsində partiya 101 yerlik parlamentdə 54 deputat kürsüsünə malik olacaq. Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” bloku (21,04%) və “Şərəf duyuram” bloku (5,23%) da parlamentdə təmsil olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı