Modern.az

Azərbaycandan 4 jurnalist Türkiyəyə gedib

Azərbaycandan 4 jurnalist Türkiyəyə gedib

Təhsil

11 Fevral 2010, 10:36

 Fevralın 11-də Türkiyə Jurnalistlər Birliyinin dəvəti ilə Azərbaycandan olan 4 jurnalist qardaş ölkəyə səfərə gedib. Modern.az xəbər verir ki, fevralın 11-dən- 14-dək baş tutacaq səfərdə Parlament Jurnalistlər Birliyini Elşad Eyvazlı, “Yeni Nəsil” Jurnalistlər Birliyini Fərəh Əliyeva, Azərbaycan Jurnalistlər Birliyini Aygün Süleymanlı, Jurnalistlərin Həmkarlar İttifaqını Müşfiq Ələsgərli təmsil edəcək. Elşad Eyvazlı bildirib ki, bu səfər zamanı Azərbaycan Parlament Jurnalistləri Birliyinin Türkiyə Jurnalistlər Birliyinə üzv qəbul edilməsi gözlənilir. Bundan başqa, azərbaycanlı jurnalistlər  Türkiyə Jurnalistlər Birliyinin təşkil edəcəyi bir sıra tədbirlərdə iştirak edəcəklər.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!