Modern.az

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

Qarabağ

25 İyul 2021, 17:51
 
 
“Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti Əliyevin mesajlarını yaxşı anlamalıdır. Əks təqdirdə yeni problemlərlə qarşılaşacaq”.

 

Modern.az-ın xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik özünün “Twitter” səhifəsində yazıb.

 

Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi hücum nəticəsində Azərbaycan hərbiçisinin şəhid olmasına münasibət bildirən Ömer Çelik bunu sərt şəkildə qınayıb: “Bu hücumu lənətləyirik. Ermənistan təcavüzkar siyasətini davam etdirir. Bu, bölgədə sülhə təhlükədir. Ermənistanın regionda sülhü təhlükə altına almasına icazə verilməyəcək”.

 

AKP sözçüsü onu da vurğulayıb ki, Türkiyə Prezidenti R.T.Ərdoğan da bölgə ölkələri ilə qurulacaq əməkdaşlıq mexanizminin əhəmiyyətinə diqqət çəkib: “Prezidentimiz dedi ki, Ermənistan təcavüzkarlıqdan imtina edərsə, bu mexanizmə daxil edilməlidir. Ermənistan bu tarixi fürsəti qaçırmamalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi